:İki türkcə Şiir
1
Duyğularımdan dışarıya pırtlayan tabloda
.Sən baxırsan
Zaman qısalır
.gözlərindən bir öpüş qədər
Və uzanır ömrüm
.öpüşlərimin yaşı qədər
Və gözlərindən duyğularıma
...məni qaytaran bir yol
(aydın yarın(məhəmmad riza qəzai
2
.Özümü baş ağrıma qatdım
Pəncərəmin baxarında
gənclar kişnəyirdilər
və asfalt
.qırmızıya çalırdi
Qapımızın o yanında
.Güllələr ulduzlarla evlənirdilər
Özümü baş ağrımla
.dincəlməyə tapşırdım
Qaçan yuxularım
tarixin axarında
؟haraya çatırdılar
.Özümü baş ağrımla eşiyə atırdılar
.SMS ”lərim havada dustaq"
.Qulaqlarım sasdə
Əllərim başımda
.ağrımı tumarlayırdılar
...Özümü
...Qapım döyülür
(aydın yarın(məhəmmad riza qəzai